VETAMED profile picture

VETAMED (@vetamed.mmc)

Followers
4.5K followers
Following
68 following
Likes
29.7K
Videos
348

Alke, Hektaş, Arma və CDV baytarlıq şirkətlərinin nümayəndəsi. Tel:050-261-29-58

Playlists Liked videos

Videos

  • 🐄🐑 ULTRAPOUR-F 1% – Xarici parazitlərə qarşı effektiv mübarizə! Heyvanlarınızı gənə, bit və… – photo post by @vetamed.mmc Photo post , 298 views

    🐄🐑 ULTRAPOUR-F 1% – Xarici parazitlərə qarşı effektiv mübarizə! Heyvanlarınızı gənə, bit və qoturluq törədicilərindən qoruyun! ✅ İribuynuzlu və xırdabuynuzlu heyvanlar üçün ✅ Xarici parazitlərə qarşı mübarizədə istifadə olunur ✅ Profilaktika və müalicə məqsədilə tətbiq edilir ✅ Xaricə tətbiq üçün tökmə məhlul 💚 Sağlam heyvanlar, daha məhsuldar təsərrüfat! 📌 Preparatı baytar həkimin tövsiyəsi və istifadə təlimatına uyğun tətbiq edin. #Vetamed #UltrapourF #Baytarlıq #HeyvanSağlamlığı #Fermer

  • DR. NAYLOR BUynuz PASTASI Dr. Naylor Buynuz Pastası buzovlarda, quzularda və 8 həftəyə qədər olan… – video by @vetamed.mmc , 345 views, duration 0:27

    DR. NAYLOR BUynuz PASTASI Dr. Naylor Buynuz Pastası buzovlarda, quzularda və 8 həftəyə qədər olan keçi balalarında buynuzların inkişafının qarşısını almaq üçün nəzərdə tutulmuş xüsusi vasitədir. Məhsulun erkən yaşlarda tətbiqi daha effektiv nəticə əldə etməyə kömək edir. Xüsusilə gənc buzovlarda istifadə edildikdə buynuzların inkişafının qarşısının alınması prosesi daha asan həyata keçirilir. Buynuz pastası ilin müxtəlif fəsillərində istifadə oluna bilər. Tətbiq zamanı buynuzların mexaniki üsulla kəsilməsinə ehtiyac qalmır, qanaxma və milçəklərlə bağlı problemlər azalır. Məhsulun üstünlükləri * Sürətli və asan tətbiq imkanı yaradır. * Buynuzların mexaniki üsulla kəsilməsinə ehtiyacı aradan qaldırır. * Kəsmə ilə əlaqəli qanaxma və milçək problemlərinin qarşısını almağa kömək edir. * İlin müxtəlif fəsillərində istifadə oluna bilər. * Erkən yaşlarda tətbiq edildikdə daha effektiv nəticə verir. Diqqət: Məhsul kimyəvi təsirə malikdir və düzgün istifadə edilmədikdə heyvanın dərisində yanıq və ağrı yarada bilər. Yalnız istehsalçının təlimatlarına və baytar həkimin tövsiyələrinə uyğun tətbiq edilməlidir.

  • TƏRKİBİ Hər ml-də: 100.000 IU Vitamin A, 20.000 IU Vitamin D3, 20 mg Alfa-tokoferol asetat, 50 mg… – photo post by @vetamed.mmc Photo post , 447 views

    TƏRKİBİ Hər ml-də: 100.000 IU Vitamin A, 20.000 IU Vitamin D3, 20 mg Alfa-tokoferol asetat, 50 mg propilenqlikol ehtiva edən açıq sarı, yüngül opalesan məhluldur. İSTİFADƏ SAHƏSİ Quşçuluq və digər ev heyvanlarında A, D3 və E vitamin çatışmazlığının aradan qaldırılması və bağlı xəstəliklərin müalicəsində istifadə olunur. Yem çatışmazlığından qaynaqlanan raxit, osteomalaziya kimi xəstəliklərin müalicəsində və artan vitamin tələbatının qarşılanmasında tətbiq edilir. İSTİFADƏ QAYDASI VƏ DOZASI Quşçuluqda gündəlik içməli suyun ¼-nə, digər heyvanlarda isə uyğun miqdarda suya əlavə edilərək verilir. Tətbiq 2-5 gün fasilələrlə aparılır. Ətraflı məlumat üçün təlimatı oxuyun.

  • Mini və kiçik cinsli yetkin itlər üçün nəzərdə tutulmuş quzu ətli quru yemdir. İtlərin gündəlik… – photo post by @vetamed.mmc Photo post , 307 views

    Mini və kiçik cinsli yetkin itlər üçün nəzərdə tutulmuş quzu ətli quru yemdir. İtlərin gündəlik qida ehtiyaclarını qarşılamaq məqsədilə xüsusi olaraq hazırlanmış, tam və balanslaşdırılmış tərkibə malikdir. Məhsulun xüsusiyyətləri * Xam protein: 27% * Xam yağ: 15% * Xam lif (sellüloza): 1,5% * Xam kül: 8% Çəki: 12 kq Uyğun olduğu itlər: Mini və kiçik cinsli yetkin itlər.

  • İnyeksiya üçün məhlul Tərkibi Hər 1 ml məhlulun tərkibində 2,5 mq misə (Cu) ekvivalent mis… – photo post by @vetamed.mmc Photo post , 21.6K views

    İnyeksiya üçün məhlul Tərkibi Hər 1 ml məhlulun tərkibində 2,5 mq misə (Cu) ekvivalent mis qlükonat, 1,25 mq natrium selenit, 5 mq manqana (Mn) ekvivalent manqan qlükonat və 5 mq sinkə (Zn) ekvivalent sink qlükonat vardır. İstifadə sahəsi və göstərişlər ACTİVATE iribuynuzlu mal-qarada, buzovlarda, qoyunlarda, quzularda, keçilərdə, oğlaqlarda, atlarda və dayçalarda sink, mis, selen və manqan çatışmazlığından yaranan pozğunluqların müalicəsində istifadə olunur. Preparat aşağıdakı hallarda tətbiq edilir: * Dişi heyvanlarda çətin doğuş hallarının azaldılması və mayalanma göstəricilərinin yaxşılaşdırılması; * Hamiləlik dövründə dölün normal inkişafının dəstəklənməsi; * Embrion ölümlərinin və balasalma hallarının qarşısının alınması; * Erkək heyvanlarda sonsuzluq problemləri; * Daşınma və stress şəraitində immun sisteminin dəstəklənməsi; * Mioz, mioqlobinemiya və mioqlobinuriyanın müalicəsi; * Atlarda müşahidə olunan paralitik mioqlobinuriyanın (azoturiya) müalicəsi; * Zəiflik və xəstəliklərdən sonrakı bərpa dövrü; * Cavan heyvanlarda inkişaf pozğunluqları; * İş və idman heyvanlarının fiziki gücünün artırılması. İstifadə qaydası və dozası Hər 40 kq bədən çəkisinə 1 ml olmaqla əzələdaxili (İM) yolla tətbiq edilir. Dərman qalıqlarının orqanizmdən xaricolma müddəti Ət üçün: 0 gün Süd üçün: 0 gün

  • PETZOO Eurasia 2026 sərgisindəyik! 🐾 Pet sektorunun önəmli görüş nöqtələrindən biri olan PETZOO… – video by @vetamed.mmc , 332 views, duration 0:53

    PETZOO Eurasia 2026 sərgisindəyik! 🐾 Pet sektorunun önəmli görüş nöqtələrindən biri olan PETZOO Eurasia 2026-da aparıcı brendlər, yeni məhsullar və innovativ həllər bir araya gəlir. 📍 İstanbul Sərgi Mərkəzi 📅 7–10 oktyabr 2026 Sərginin atmosferini, yeni əməkdaşlıq imkanlarını və sektordakı yenilikləri yaxından izləyirik. #PETZOOEurasia2026 #PETZOO #PetSektoru #PetSergisi #Istanbul

  • CEPHAMAST — laktasiya dövründə olan inəklərdə klinik və subklinik mastitlərin müalicəsində… – photo post by @vetamed.mmc Photo post , 653 views

    CEPHAMAST — laktasiya dövründə olan inəklərdə klinik və subklinik mastitlərin müalicəsində istifadə olunan məmədaxili suspenziyadır. Tərkibində sefaleksin və neomisin mövcuddur. Qalıq müddəti: Ət: 7 gün Süd: 3 gün / 6 sağım İstifadə qaydası və dozası üçün baytar həkimin məsləhəti əsas götürülməlidir. #Vetamed #Cephamast #Mastit #Baytarlıq #İnəkSağlamlığı

  • İnyeksiya məhlulu Tərkibi: Hər 1 ml-də 20 mq ivermektin var. İstifadə sahəsi və göstərişləri… – photo post by @vetamed.mmc Photo post , 1.4K views

    İnyeksiya məhlulu Tərkibi: Hər 1 ml-də 20 mq ivermektin var. İstifadə sahəsi və göstərişləri: İribuynuzlu heyvanlarda və qoyunlarda daxili və xarici parazitlərin profilaktikası və müalicəsində istifadə olunur. İstifadə qaydası və dozası: Hər 100 kq canlı çəkiyə 1 ml olmaqla əzələdaxili (IM) və ya dərialtı (SC) yolla tətbiq edilir. Dərman qalıqlarının orqanizmdən xaric olma müddəti: Müalicə müddətində və son dərman tətbiqindən sonra ətlik məqsədlə yetişdirilən iribuynuzlu heyvanlar 35 gün, qoyunlar isə 42 gün keçmədən kəsimə göndərilməməlidir. İnsan istehlakı üçün süd istehsal edən sağmal inək və qoyunlarda istifadə edilə bilməz.

  • Payız aylarında temperaturun dəyişməsi, soyuq hava, rütubət və zəif havalandırma heyvanlarda… – photo post by @vetamed.mmc Photo post , 692 views

    Payız aylarında temperaturun dəyişməsi, soyuq hava, rütubət və zəif havalandırma heyvanlarda tənəffüs yolu xəstəliklərinin yaranma riskini artıra bilər. Öskürək, burun axıntısı, nəfəsalma çətinliyi, halsızlıq və iştahsızlıq kimi əlamətlər müşahidə edildikdə vaxtında tədbir görülməsi vacibdir. Heyvanların saxlanma şəraitinə, havalandırmaya, gigiyenaya və profilaktik tədbirlərə diqqət yetirmək tənəffüs sistemi problemlərinin qarşısının alınmasına kömək edir. Sağlam heyvan, güclü təsərrüfat. 🌐 vetamed.az

  • 🐄 ADE VİTAL – A, D3 və E vitamin dəstəyi Heyvanlarda vitamin çatışmazlığı böyümə və inkişafın… – photo post by @vetamed.mmc Photo post , 9.1K views

    🐄 ADE VİTAL – A, D3 və E vitamin dəstəyi Heyvanlarda vitamin çatışmazlığı böyümə və inkişafın zəifləməsinə, məhsuldarlığın azalmasına, sümük və əzələ problemlərinə, həmçinin ümumi müqavimətin aşağı düşməsinə səbəb ola bilər. ADE VİTAL tərkibində: 💧 500.000 IU Vitamin A 💧 75.000 IU Vitamin D3 💧 50 mg Vitamin E Məhsul A, D3 və E vitaminlərinin çatışmazlığından yaranan halların qarşısının alınması və müalicəsində istifadə olunur. ✅ Böyümə və inkişaf dövründə ✅ Hamiləlik və laktasiya zamanı ✅ Sümük və əzələ sisteminin dəstəklənməsində ✅ Məhsuldarlığın və ümumi müqavimətin qorunmasında Ət və süd üçün qalıq müddəti: 0 gündür. İstifadə qaydası və dozası üçün məhsulun prospektinə və baytar həkim tövsiyəsinə müraciət edin. #Vetamed #ADEVital #Baytarlıq #Heyvandarlıq #VitaminDəstəyi

  • CDVAC Clostrimax T 🐄🐑 İribuynuzlu və xırdabuynuzlu heyvanların klostridial xəstəliklərə qarşı… – video by @vetamed.mmc , 1.1K views, duration 0:44

    CDVAC Clostrimax T 🐄🐑 İribuynuzlu və xırdabuynuzlu heyvanların klostridial xəstəliklərə qarşı qorunmasına dəstək olan vaksindir. ✅ Yanıqara ✅ Enterotoksemiya ✅ Tetanoz ✅ Qazlı qanqrena və digər klostridial infeksiyalara qarşı profilaktik istifadə olunur. Heyvanların sağlamlığını qorumaq üçün düzgün və vaxtında vaksinasiya vacibdir. 📌 İstifadədən əvvəl baytar həkiminin tövsiyəsi nəzərə alınmalıdır. #Vetamed #CDVAC #ClostrimaxT #Baytarlıq #HeyvanSağlamlığı

  • Heyvandarlıq təsərrüfatlarında saxlanılan heyvanların gənə, bit və digər ektoparazitlərə qarşı… – video by @vetamed.mmc , 990 views, duration 0:17

    Heyvandarlıq təsərrüfatlarında saxlanılan heyvanların gənə, bit və digər ektoparazitlərə qarşı Ultrapour-F tökmə məhlulu ilə müntəzəm dərmanlanması vacibdir. Bu preparatı ayda bir dəfə tətbiq etdikdə heyvanlar gənələrin yaydığı qan-parazitar xəstəliklərdən daha etibarlı şəkildə qorunur. Bununla yanaşı, həmin xəstəliklərin səbəb olduğu yüksək hərarət (qızdırma), halsızlıq və digər kliniki əlamətlərin yaranma riski əhəmiyyətli dərəcədə azalır. Unutmayın: Müntəzəm profilaktika heyvanlarınızın sağlamlığını qorumağın ən effektiv yollarından biridir.

Showing 12 of 348 videos

Load more videos

Explore & export videos
Follower history

Recorded each time someone opens this profile here, so there are gaps between visits.

About @vetamed.mmc

Joined TikTok